ÜST açıqladı: Bir gündə rekord yoluxma

     ÜST açıqladı:    Bir gündə rekord yoluxma
  11 İyul 2020    Oxunub:7582
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 228 102 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 5565 nəfər dünyasını dəyişib.

İndiyədək ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Son məlumata əsasən, dünyada koronavirusa yoluxanların ümumi sayı 12 milyon 507 min 540, pandemiya qurbanlarının sayı isə 559 min 660 nəfərdən çoxdur.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti