Türkiyə ordusu daha 8 terrorçunu zərərsizləşdirdi

  11 İyul 2020    Oxunub : 2837
Türkiyə ordusu daha 8 terrorçunu zərərsizləşdirdi
İraqın şimalındakı Haftanin bölgəsində keçirilən "Pəncə - Qaplan" əməliyyatında daha 8 PKK terrorçusu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, antiterror əməliyyatı uğurla davam etdirilir. Sonuncu terrorçu ələ keçirilənədək mübarizə aparılacaq.

Qeyd edək ki, indiyədək PKK terrorçularının hücumları nəticəsində 7500 təhlükəsizlik qüvvəsi əməkdaşı və 6800 mülki şəxs həlak olub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: terror