Futbol üzrə dünya çempionu vəfat etdi

 Futbol üzrə dünya çempionu vəfat etdi
  11 İyul 2020    Oxunub:4764
“Lids” klubunun və İngiltərə yığmasının sabiq futbolçusu Çek Çarlton vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

O, 86 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Çarlto peşəkar karyerasını “Lids”də keçirib və bu klubun heyətində 773 oyuna çıxıb. 1966-cı ildə dünya çempionu, 1968-ci ildə Avropanın bürünc medalını qazanıb.

1973-cü ildə futbolçu karyerasını başa vurduqdan sonra “Midlsbro”nun, ardınca bir neçə klubun baş məşqçisi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropa   Futbol  





Xəbər lenti