Belqradda etirazlar: 152 nəfər yaralandı, saxlanılanlar var

Belqradda etirazlar: 152 nəfər yaralandı, saxlanılanlar var
  11 İyul 2020    Oxunub:4493
Serbiyanın paytaxtı Belqradda iyulun 11-nə keçən gecə koronavirusa yoluxma sayının artması ilə əlaqədar sanitar tədbirlərin sərtləşdirilməsinə qarşı etiraz aksiyası keçirilib. Aksiya zamanı 70 nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, aksiya iştirakçıları ilə asayiş keşikçiləri arasında baş vermiş iğtişaşlar nəticəsində 19 nəfər yaralanıb.

Xəsarət alanların hamısı aksiyaya qatılan sakinlərdir. Onlardan biri bıçaqlanıb.

Serbiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, son iki gündə etiraz aksiyaları zamanı azı 118 polis əməkdaşı və 34 nümayişçi xəsarət alıb. Nümayişçilər 5 polis avtomobilini yandırıblar.

Azvision.az



Teqlər: Belqrad  





Xəbər lenti