COVID-19 qurbanlarının sayı 565 mini keçib

   COVID-19 qurbanlarının sayı 565 mini keçib
  12 İyul 2020    Oxunub:4388
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, virusa yoluxanların sayı 12 milyon 735 min 446, pandemiya qurbanlarının sayı isə 565 min 50 nəfərə çatıb.

İndiyədək 7 milyon 435 min 595 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti