Almaniyada 248 yeni yoluxma qeydə alındı

  12 İyul 2020    Oxunub : 2921
Almaniyada 248 yeni yoluxma qeydə alındı
Son sutkada Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan daha 3 nəfər ölüb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilir ki, son bir gündə Almaniyada koronavirusa 248 yeni yoluxma qeydə alınıb.

AFR-də ümumilikdə COVID-19-a 198 804 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 9063 pasiyent ölüb. Bu günədək ölkədə 184,6 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Azvision.az

Teqlər: Almaniya   Koronavirus