Koronavirusa qarşı vaksinin ilk sınağı başa çatdı

  12 İyul 2020    Oxunub : 4710
Koronavirusa qarşı vaksinin ilk sınağı başa çatdı
Rusiyada koronavirusa qarşı ilk vaksinin sınaqları uğurla başa çatıb. Alimlər peyvəndin insan üçün təhlükəsiz olduğunu təsdiqləyiblər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib.

Onun sözlərinə görə, Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülər üzərində sınaqlarını yekunlaşdırıb.

Vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu iyulun 20-də evə buraxılacaq. Sınaqda iştirak edən şəxslərin səhhətində problem müşahidə olunmayıb.

Xatırladaq ki, koronavirus peyvəndinin kliniki sınağı Seçenov Universitetində iyunun 18-də başlayıb.

Azvision.az

Teqlər: Rusiya   Koronavirus   Vaksin