Bir gündə 230 mindən çox yoluxma aşkarlandı

  12 İyul 2020    Oxunub : 3803
   Bir gündə 230 mindən çox yoluxma aşkarlandı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 230 370 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 5285 nəfər dünyasını dəyişib.

İndiyədək ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Son məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 12 milyon 944 min 337, pandemiya qurbanlarının sayı isə 569 min 347 nəfərdən çoxdur.

Azvision.az

Teqlər: ÜST   Koronavirus