Ancey Duda prezident seçkilərində liderdir

  13 İyul 2020    Oxunub : 1561
Ancey Duda prezident seçkilərində liderdir
Polşada keçirilmiş prezident seçkilərində hazırkı ölkə rəhbəri Ancey Duda liderdir.
Azvision.az xəbər verir ki, artıq protokolların 99,97 faizi sayılıb.

“Hələlik 9 protokol daxil olmayıb. 27 222 dairənin protokol məlumatları, yəni 99.97% göstərir ki, seçicilərin 51.21%-i Ancey Dudaya, 48.79%-i isə Rafal Tşaskovskiyə səs verib", - deyə ölkənin Seçki Komissiyasının rəhbəri Silvestr Martinyak bildirib.

O, Belçika və Britaniyadakı məntəqələrdən protokolların gəlmədiyini əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SeçkiKomissiyası