Ermənistanda koronavirusa yoluxma sayı 32 mini ötdü

  13 İyul 2020    Oxunub : 1661
 Ermənistanda koronavirusa yoluxma sayı 32 mini ötdü
Ermənistanda son sutka ərzində daha 182 nəfərdə koronavirus aşkarlanıb, ümumi yoluxma hallarının sayı 32 151-ə çatıb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bir gün ərzində virusdan 8 nəfər ölüb. Bununla pandemiya qurbanlarının sayı 573 nəfərə yüksəlib.

Koronavirusa yoluxan, digər xəstəliklərdən ölənlərin sayı 183 nəfərdir. İndiyədək 19 865 nəfər infeksiyadan sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan