“Bütün imkanlarımızla Azərbaycanın yanındayıq” - Çavuşoğlu

  13 İyul 2020    Oxunub : 4399
“Bütün imkanlarımızla Azərbaycanın yanındayıq” -  Çavuşoğlu
Bütün imkanlarımızla Azərbaycanın yanındayıq.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, Ermənistan xaincəsinə Azərbaycana hücum edib və 4 qardaşımız şəhid olub.

“Burada görünən odur ki, Ermənistan yeni münaqişə zonaları yaratmaq istəyir. Bu günə qədər Ermənistan siyasi həll yoluna gəlmədi. Bu günə qədər Ermənistan heç bir həll yoluna yanaşmadı. Ermənistanın etdikləri qəbuledilməzdir, qoy ağlını başına toplasın. Azərbaycan tək deyil. Biz bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bu gün mən Azərbaycanın Xarici İşlər nazirinə zəng vuracağam və qiymətləndirmə aparacağıq", - deyə Çavuşoğlu qeyd edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Çavuşoğlu