Ermənistana daha bir zərbə - KTMT-nin iclası təxirə salındı

Ermənistana daha bir zərbə  - KTMT-nin iclası təxirə salındı
  13 İyul 2020    Oxunub:5081
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı nəzərdə tutulan təcili iclası təxirə salınıb.

Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov deyib.
Onun sözlərinə görə, KTMT Daimi Şurasının iclası sərhəddəki vəziyyətin müzakirə ediləcəyi formatın müəyyənləşdirilməsi üçün üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurətindən təxirə salınıb.

Xatırladaq ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Hazırda quruma Belarus nümayəndəsi sədrlik edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KTMT  





Xəbər lenti