“Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - Ukrayna XİN

  13 İyul 2020    Oxunub : 3657
 “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” -    Ukrayna XİN
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Azvision.az xəbər verir ki, rəsmi Kiyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən narahatlığını ifadə edib.
Ukrayna XİN diqqətə çatdırıb ki, münaqişə sülh yolu ilə, beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini tapmalıdır.

“Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır”, - deyə bəyanatda qeyd edilib.

Azvision.az

Teqlər: Ukrayna   XİN   Münaqişə