ABŞ dərhal atəşi dayandırmağa çağırdı

 ABŞ dərhal atəşi dayandırmağa çağırdı
  14 İyul 2020    Oxunub:2468
Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan sərhədində baş vermiş zorakılığı qəti şəkildə pisləyir, tərəfləri güc tətbiqini dərhal dayandırmağa, mövcud birbaşa əlaqələrdən istifadə etməyə və atəşkəs rejiminə ciddi əməl etməyə çağırır.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortequsun bəyanatında bildirilib.

Qeyd edilib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla nizamlanmasına kömək etməkdə qətiyyətli olaraq qalır:

"ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaqla bağlı çağırışlarına qoşulur və vəziyyət imkan verdikcə, ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini düşünür”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Bəyanat  





Xəbər lenti