“Fransa Azərbaycanla dostluğu daha da dərinləşdirmək istəyir” - Səfir

 “Fransa Azərbaycanla dostluğu daha da dərinləşdirmək istəyir” -  Səfir
  14 İyul 2020    Oxunub:3525
“Əfsuslar olsun ki, bu il Fransa səfirliyi ölkənin Milli bayramı - 14 iyul münasibətilə ənənəvi rəsmi qəbul təşkil edə bilməyəcək. Buna təəssüf edirəm, çünki şəxsən sizinlə görüşmək istərdim”.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib.

Diplomat deyib ki, 14 iyul yalnız rəsmi qəbul deyil, bu, fransız inqilabının dəyərlərinin - azadlıq, bərabərlik və qardaşlığın qeyd olunmasıdır. Bu dəyərlər hamıya və sizə məxsusdur.

“Azərbaycandakı Fransız İnstitutu, Bakı Fransız Liseyi, Fransa-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Ticarət və Sənaye Palatası ilə birlikdə son bir il ərzində Fransa səfirliyi ilə çalışanların hamısına təşəkkür etmək istəyirəm. Onların komandalarına, həmçinin Bakıfrankofon assosiasına da təşəkkür edirəm.

Əziz azərbaycanlı dostlar, Fransa Azərbaycanla dostluqdan fəxr hissi duyur və bu dostluğu daha da dərinləşdirmək istəyir.

Sonda Azərbaycanda yaşayan Fransız həmvətənlərimə müraciət etmək istəyirəm. Ümid edirəm ki, bu 14 iyulu ailənizlə və ya bir neçə dostunuzla qeyd edəcəksiniz.

Sizə can sağlığı və firavanlıq, Azərbaycanda xoşbəxt olmağınızı diləyirəm”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Səfir  





Xəbər lenti