Azərbaycan XİN Fransanı təbrik edib

Azərbaycan XİN Fransanı təbrik edib
  14 İyul 2020    Oxunub:2943
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransanı Milli günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Azərbaycan-Fransa münasibətləri xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün birgə addımlarla zənginləşdirilmiş yaxşı ənənələrə malikdir.

14 iyul Bastiliya Günü münasibətilə Fransaya səmimi təbriklərimizi çatdırır və dost fransız xalqına cansağlığı, əmin-amanlıq, firavanlıq diləyirik", - deyə təbrikdə vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BastiliyaGün  





Xəbər lenti