Qazaxıstanda general koronavirusdan öldü

  14 İyul 2020    Oxunub : 2527
 Qazaxıstanda general koronavirusdan öldü
Qazaxıstan Müdafiə nazirinin müavini, general-mayor Bakıt Kurmanbayev koronavirusdan vəfat edib.
Azvision.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, general 49 yaşında olub.

"Bakıt Kurmanbayevin həyat yoldaşı və iki uşağı yadigar qalıb. Müdafiə Nazirliyinin hərbi qulluqçuları və yüksək vəzifəli şəxsləri general-mayorun vəfatı ilə əlaqədar dərindən kədərlənir, ailəsinə, yaxınlarına başsağlığı verirl",- deyə nazirliyin açıqlamasında bildirilib.

Məlumata görə, nazir müavini pandemiya ilə mübarizənin ilk günlərindən tədbirlərin təşkili və həyata keçirilməsində fəal iştirak edib.

Kurmanbaev 2019-cu ilin aprelində Müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. Bundan əvvəl ölkənin Təhlükəsizlik Şurasında işləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MüdafiəNazirliyi