Kreml Azərbaycan və Ermənistana çağırış etdi

Kreml Azərbaycan və Ermənistana çağırış etdi
  14 İyul 2020    Oxunub:6476
Kreml Ermənistan- Azərbaycan sərhədində baş verən atışmadan ciddi narahatdır və tərəfləri təmkinli olmağa, atəşi dayandırmağa çağırır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalardan çox narahatıq. Biz hər iki tərəfi təmkinli olmağa və atəşkəslə bağlı öhdəliklərə əməl etməyə çağırırıq", - deyə Peskov vurğulayıb.

Onun sözlərinə görə, daha əvvəl müxtəlif səviyyələrdə bəyan edildiyi kimi, Rusiya Minsk qrupunun həmsədri olaraq nizamlanmada vasitəçilik səylərini göstərməyə hazırdır.

“Bilirsiniz ki, Xarici İşlər naziri Sergey Lavrovun Bakı və İrəvandakı həmkarları ilə intensiv telefon əlaqələri olub. Bir daha hər iki tərəfi təmkinli olmağa çağırırıq".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti