Ukrayna XİN-in bəyanatı İrəvanı təşvişə saldı

Ukrayna XİN-in bəyanatı İrəvanı təşvişə saldı
  14 İyul 2020    Oxunub:7131
Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb Ukrayna XİN-in sərhəddəki vəziyyətlə bağlı bəyanatı olub. Səfiri xarici işlər nazirinin müavini Şavarş Koçaryan qəbul edib.
"Şavarş Koçaryan, Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı verdiyi açıqlaması ilə əlaqədar səfirə Ermənistan XİN-in qiymətləndirməsini təqdim edib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Ukrayna XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edib. Rəsmi Kiyev yaydığı bəyanatda münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğunu açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti