Erməni əsgərlərin valideynləri həyəcan təbili çalır

Erməni əsgərlərin valideynləri həyəcan təbili çalır
  14 İyul 2020    Oxunub:5089
Azərbaycana qarşı Tovuz rayonu istiqamətində hərbi təxribata başlayan Ermənistan hərbçilərinin valideynləri həyəcan təbili çalır.
Azvision.az xəbər verir ki, sosial şəbəkələrdə erməni hərbçilərin valideynlərinin artıq iki gündür övladları ilə əlaqə saxlaya bilmədiyi, onların narahatlığını ifadə edən mesajlar yayılır.

“Zənglərə cavab vermirlər, harada olduqlarını, nə baş verdiyini, vəziyyətlərinin necə olduğunu bilmirik”, - deyə erməni əsgər valideynləri bildirirlər.

Öz növbəsində Hərbi Nəzarət Xidmətinin rəisi, general-polkovnik Movses Akobyan onları təşviş yaratmamağa çağırıb. Buna cavab olaraq, valideynlər dərhal oğulları ilə əlaqə saxlamağı tələb ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Hərbçi   Əsgər  





Xəbər lenti