“Azərbaycanı var gücümüzlə dəstəkləyirik” - Hulusi Akar

“Azərbaycanı var gücümüzlə dəstəkləyirik” -  Hulusi Akar
  14 İyul 2020    Oxunub:8410
"Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə hücumunu şiddətlə qınayırıq. Hücum zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyir, Azərbaycan xalqına başsağlığı veririk".
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Dağlıq Qarabağı qanunsuz işğal edən və illərdir təcavüzkar davranış həyata keçirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında dayanmağa, "bir millət, iki dövlət" olaraq qəbul etdiyimiz azərbaycanlı qardaşlarımızı var gücümüzlə dəstəkləməkdə davam edəcəyik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hulusi-Akar   Türkiyə   Ordu   Nazir  





Xəbər lenti