“Sərhəddə baş verən hadisələr narahatlıq doğurur” - Fransa səfiri

 “Sərhəddə baş verən hadisələr narahatlıq doğurur” -  Fransa səfiri
  14 İyul 2020    Oxunub:3833
Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr hər zamankından daha çox narahatlıq doğurur.
Azvision.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakott deyib.

"Təkrar etmək vacibdir: hərbi həll yolu ola bilməz", - deyə səfir bildirib.

O əlavə edib ki, Fransa və Almaniya bir əsrdən çox müddəti nifrət və müharibəyə sərf ediblər, bu gün isə onlar Avropa quruculuğunun aparıcı qüvvəsidir:

“Yeri gəlmişkən, mənim İrəvandakı ofisimdə general De Qollun və kansler Adenauerin şəkli var. Sözsüz ki, sülhün bərqərar olması üçün qarşılıqlı səy tələb olunur və bu yolda cəmiyyətin cəsarəti və hazırlığı tələb olunur".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Səfir  





Xəbər lenti