Türkiyədə koronavirusdan ölüm sayı 5400-ü keçib

  14 İyul 2020    Oxunub : 2394
Türkiyədə koronavirusdan ölüm sayı 5400-ü keçib
Türkiyədə son sutka ərzində 20 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 992 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5402, virusa yoluxanlar isə 214 min 993 nəfərə çatıb.

Türkiyədə indiyədək 196 min 720 xəstə (son sutkada 1049 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus