İran koronavirusun ikinci dalğasını yaşayır

  15 İyul 2020    Oxunub : 1898
İran koronavirusun ikinci dalğasını yaşayır
İran Prezidenti Həsən Ruhani ölkədə koronavirusun ikinci dalğası ilə mübarizə aparıldığını etiraf edib və bu dalğanı keçəcəklərini deyib.
Azvision.az xəbər verir ki, daha əvvəl İran hakimiyyəti koronavirusun yayılmasının yüksək həddə olmasına baxmayaraq, hələ ilk dalğanın yaşandığını bəyan etmişdi.

Ruhaninin sözlərinə görə, birinci dalğa şimal və mərkəzi hissələrə təsir göstərib, mayın ortalarında başlayan ikinci dalğa isə ölkənin cənub bölgələrində daha çox yayılıb.

“Koronavirusun ikinci dalğasından keçə biləcəyik", - deyə Ruhani hökumətin iclasında vurğulayıb.

Xatırladaq ki, İranda 262 mindən çox insan koronavirusa yoluxub, 13,2 min xəstə vəfat edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: HəsənRuhani