Rusiyada daha 6422 nəfər koronavirusa yoluxdu

  15 İyul 2020    Oxunub : 2068
Rusiyada daha 6422 nəfər koronavirusa yoluxdu
Rusiyada yeni növ koronavirusa yoluxanların sayı bir gündə 6422 nəfər artaraq 746 369-a yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, son sutkada 156 nəfər koronavirusdan həyatını itirib. Pandemiya qurbanlarının ümumi sayı 11 770 nəfərə çatıb.

Bu günədək xəstəlikdən 523 249 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya