İtaliya deputatları Ermənistanın hərbi təcavüzünü pislədi
İtaliya Deputatlar Palatasının Xarici əlaqələr komissiyasının üzvü, “İrəli İtaliya” partiyasından olan deputat Osvaldo Napoli isə İtaliyanın “Askanews” xəbər agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında son üç gün ərzində baş verən silahlı qarşıdurma Azərbaycan tərəfdən mülki şəxsin və generalın, həmçinin əsgər və zabitlərin ölümünə səbəb olub. Deputat əlavə edib ki, iki ölkə arasındakı qarşıdurma hazırda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar 1994-cü ildə başlayıb və münaqişə müəyyən nisbi fasilələrlə dörddəbir əsrdir davam edir. Deputat qeyd edib ki, Avropa öz səsini eşitdirməli və Azərbaycan xalqının qanuni haqlarını və hər iki ölkənin ərazi bütövlüyünün qorumasını təmin edən diplomatik həll tapılmalıdır.
Xatırladaq ki, bundan əvvəl Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, 5 Ulduz Hərəkatı partiyasından olan senator Vito Petroçelli, İtaliya Respublikasının Nazirlər Şurasının Parlamentlə Əlaqələr üzrə dövlət katibi, 5 Ulduz Hərəkatı partiyasından olan senator Canluka Kastaldi, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, Liqa partiyasından deputat Paolo Qrimoldi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, Liqa partiyasından senator Stefano Luçidi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, Liqa partiyasından deputat Rossana Boldi və İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti də oxşar bəyanatlarla İtaliya mətbuatına açıqlamalar veriblər.
Azvision.az