Ermənistanda koronavirusdan ölüm sayı 600-ü keçdi

 Ermənistanda koronavirusdan ölüm sayı 600-ü keçdi
  16 İyul 2020    Oxunub:2712
Ermənistanda son sutka ərzində daha 554 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 33 559 nəfərə çatıb.

Son sutkada 15 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 607 nəfər olub.

İndiyədək 21 931 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 189 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti