Ukraynada 4 mindən çox uşaq koronavirusa yoluxub

Ukraynada 4 mindən çox uşaq koronavirusa yoluxub
  16 İyul 2020    Oxunub:3027
Ukraynada son sutka ərzində daha 848 nəfər koronavirusa yoluxub. Onlardan 36-sı uşaq, 51 nəfəri tibb işçisidir.
Azvision.az Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 56 min 455 nəfərə çatıb. Yoluxanların 4003 nəfəri uşaq, 7591-i isə tibb işçisidir.

Son sutkada pandemiya qurbanlarının sayı 18 nəfər artaraq 1445-ə yüksəlib, indiyədək 28 min 931 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti