Latviya Ermənistan və Azərbaycanı sülhə çağırdı

Latviya Ermənistan və Azərbaycanı sülhə çağırdı
  16 İyul 2020    Oxunub:3674
Latviyanın Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz və Tavuş rayonlarında vəziyyətin gərginləşməsindən, hərbi əməliyyatlardan narahatdır.
Azvision.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qeyd edilib ki, bu hadisələr sülhə və sabitliyə ciddi təhlükə yaradır, hər iki tərəfdən insan itkisinə səbəb olur. Latviya XİN tərəfləri zorakılığı dayandırmağa və atəşkəs rejimini bərpa etməyə çağırıb.

“Ermənistan və Azərbaycan münaqişənin daha da kəskinləşməsinə səbəb ola biləcək hər hansı bir hərəkət və ya bəyanatdan çəkinməlidir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Latviyanın mövqeyi məlumdur. Latviya Helsinki Yekun Aktında və ATƏT-in Paris Xartiyasında deyildiyi kimi, hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Latviya hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız dinc yollarla və ATƏT-in Minsk Qrupu çərçivəsində beynəlxalq hüququn tanınmış prinsipləri əsasında həll edilə bilər.

Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunu və onun üç həmsədrinin atəşkəs rejimini bərpa etməklə bağlı səylərini tam dəstəkləyir. Hər iki tərəfin güc tətbiq etməkdən çəkinməsini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə qayıtmasını gözləyir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Latviya   XİN   Bəyanat   Qarabağ  





Xəbər lenti