“Rusiya qan tökülməsini dayandırmağa çalışır” - Nazir müavini

 “Rusiya qan tökülməsini dayandırmağa çalışır” -  Nazir müavini
  16 İyul 2020    Oxunub:3820
Rusiya qan tökülməsinə son qoymaq üçün Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, baş qərargah rəisləri ilə təmasdadır və hər cür səy göstərir.

Azvision.az xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.
O vurğulayıb ki, həqiqətən, bu problem çox mürəkkəbdir: “Təəssüf ki, son günlər vəziyyətin daha da kəskinləşdiyini görürük. Dəqiqləşdirmək istərdim. Son günlərdə baş verənlər Dağlıq Qarabağdakı vəziyyət deyil, hadisələr beynəlxalq ictimaiyyət tərəfindən tanınan Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədində baş verir. Rusiya Xarici İşlər Nazirliyi hadisələrin təkrarlanmaması üçün tərəfləri dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırıb.

Təəssüflər olsun ki, sərhəddə toqquşma davam edir, hər iki tərəfdən itki var. Bu gecə də yenidən gərginlik yaşanıb. Biz həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edirik".

Nazir müavininin sözlərinə görə, hazırkı vəziyyət bölgədəki təhlükəsizliyə təsir göstərə bilər.

"Bölgə həqiqətən olduqca həssasdır. Ermənistanla Azərbaycan arasında heç bir münasibət yoxdur. Dağlıq Qarabağ ətrafındakı vəziyyət həll olunmamış qalır. Bu baxımdan vasitəçilərin - Rusiya, Fransa və ABŞ-ın daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rolu artır. Hal-hazırda onlar arasında həm erməni, həm də Azərbaycan tərəflərini əhatə edən intensiv təmaslar gedir".

Rudenkonun fikrincə, indi əsas odur ki, sərhəddə qan tökülməsini dayandıraq: "Ümid edirik ki, həmsədrlərin səyləri nəticə verəcək. İndi ilk növbədə vəzifəmiz sərhəddəki qan tökülməsini dayandırmaqdır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT-inMinskQrupu  





Xəbər lenti