ABŞ-da virusa yoluxma sayı 3,5 milyona çatır

ABŞ-da virusa yoluxma sayı 3,5 milyona çatır
  16 İyul 2020    Oxunub:3533
ABŞ-da son 24 saat ərzində COVID-19 virusuna daha 66 273 nəfər yoluxub və 941 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, epidemiya başlayandan etibarən ölkədə 3 499 398 nəfər virusa yoluxub, bunlardan 137 mindən çoxu vəfat edib, bir milyondan artıq xəstə isə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ConHopkinsUniversiteti   ABŞ   Koronavirus  





Xəbər lenti