“Eskalasiya tərəflərin heç birinə fayda vermir” - Litvanın XİN rəhbəri

 “Eskalasiya tərəflərin heç birinə fayda vermir” -  Litvanın XİN rəhbəri
  16 İyul 2020    Oxunub:4291
Azərbaycan-Ermənistan sərhədində qarşıdurmaların davam etməsindən dərindən narahatlıq keçiririk.
Azvision.az xəbər verir ki, bunu Litvanın Xarici İşlər naziri Linas Linkeviçius “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, eskalasiya tərəflərin heç birinə fayda vermir: “Tərəfləri təcili atəşə son qoymağa, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa və hər hansı gələcək eskalasiyadan çəkinməyə çağırırıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT-inMinskQrupu  





Xəbər lenti