İran XİN-dən çağırış: “Vasitəçilik etməyə hazırıq”

 İran XİN-dən çağırış:  “Vasitəçilik etməyə hazırıq”
  16 İyul 2020    Oxunub:4241
Son günlər Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə İran Xarici İşlər Nazirliyi (XİN) bu istiqamətdə fəaliyyətini artırıb. Çünki regionun əlavə qarşıdurmaya dözümü yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Abbas Musəvi deyib.

O bildirib ki, İran dinc yollar çərçivəsində Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazırdır.

Musəvi əlavə edib ki, İran iki ölkə arasında baş verən qarşıdurmadan sonra tərəfləri təmkinli olmağa çağırıb və gərginliyin azalacağına ümid edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti