Türkiyədə koronavirusdan ölüm sayı 5440-a çatdı

Türkiyədə koronavirusdan ölüm sayı 5440-a çatdı
  17 İyul 2020    Oxunub:3200
Türkiyədə son sutka ərzində 21 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 933 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5440, virusa yoluxanlar isə 216 min 873 nəfərə çatıb.

Türkiyədə indiyədək 198 min 820 xəstə (son sutkada 1087 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti