ATƏT PA-nın prezidenti tərəfləri danışıqlara qayıtmağa çağırdı

 ATƏT PA-nın prezidenti tərəfləri danışıqlara qayıtmağa çağırdı
  17 İyul 2020    Oxunub:2582
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti yaxından izlədiyini və bu həftə ölkələrin ATƏT PA-dakı nümayəndə heyətləri ilə təmasda olduğunu bəyan edib.
Azvision.az xəbər verir ki, ATƏT PA-nın prezidenti hər iki tərəfi təcili olaraq eskalasiyaya son qoymağa və substantiv danışıqlara çağırıb.

O, baş verənləri 2016-cı ildən bəri ən ağır atəşkəs pozuntusu adlandırıb.

"Bu həftəki silahlı toqquşmalar münaqişənin ciddi şəkildə kəskinləşməsidir və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi ilə baş tutan sülh danışıqlarını təhdid edə bilər. Mən tərəfləri ATƏT PA-nın təklif etdiyi birbaşa rabitə kanalları və qeyri-rəsmi rabitə kanalları da daxil olmaqla bütün vasitələrindən istifadə etməyə çağırıram".

Giorgi Tsereteli həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də daxil olmaqla Minsk prosesinə tam dəstəyini ifadə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏTPA  



Xəbər lenti