Yaralı erməni hərbçilərin vəziyyəti ağırdır

 Yaralı erməni hərbçilərin vəziyyəti ağırdır
  17 İyul 2020    Oxunub:2992
Ermənistan silahlı qüvvələrinin yaralı hərbçilərindən beşinin vəziyyəti ağır, birinin durumu isə kritikdir.
Azvision.az xəbər verir ki, bu barədə işğalçı ölkənin müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovhannisyan bildirib.

Daha əvvəl Ermənistanın 36 hərbçisinin yaralandığı barədə məlumat verilib. Ovhannisyanın sözlərinə görə, hazırda 10 nəfər xəstəxanadadır.

Xatırladaq ki, Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Emənistan tərəfinin çoxsaylı itkiləri olsa da, düşmən faktları gizlətməyə çalışır. İndiyədək guya 4 hərbçisinin öldüyünü açıqlayıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı son məlumata əsasən, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: müdafiənazirliyininnümayəndəsiArtsrunOvhannisyan  



Xəbər lenti