Dodon Ermənistan və Azərbaycanı danışıqlara çağırdı

 Dodon Ermənistan və Azərbaycanı danışıqlara çağırdı
  17 İyul 2020    Oxunub:3456
Moldova Prezidenti İqor Dodon Ermənistan və Azərbaycan sərhədində baş verən qarşıdurmadan təəssüfləndiyini və tərəflərin danışıqlar masasına əyləşib, problemin həllini tapacaqlarına ümid etdiyini deyib.
Azvision.az xəbər verir ki, bu barədə Moldova lideri “Facebook”da yayımlanan çıxışı zamanı söyləyib.

"Son günlərdə baş verənlər çox narahatedicidir, yaralılar və şəhid olanlar haqqında məlumat verilir. Ümid edirəm ki, sülhün olması üçün bütün bunlar dayandırılacaq.

Həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlıq və tərəfdaşlığı inkişaf etdirəcəyik. Və inanırıq ki, onlar qan tökülmədən, atəşsiz, müharibə olmadan, danışıqlar masasına əyləşib, müzakirələr apara biləcəklər”, - deyə Dodan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  



Xəbər lenti