“Ermənistan yeni münaqişə ocaqları yaratmaq niyyətindədir” - Səfir

 “Ermənistan yeni münaqişə ocaqları yaratmaq niyyətindədir” -  Səfir
  17 İyul 2020    Oxunub:3435
Ermənistanın son təxribatı işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardakı təmas xəttində deyil, məhz hər iki ölkənin dövlət sərhədində baş verib. Azərbaycanın Qərb sərhədlərinin böyük hissəsinə ölkənin sərhəd xidməti nəzarət etdiyi halda, təcavüzkar Ermənistan sərhəd boyunca ağır zirehli texnika və artilleriya qurğuları yığıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov “Peninsula” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozur, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmək istəmir. Ermənistan son əməlləri ilə regionda yeni münaqişə ocaqları yaratmaq niyyətindədir, eyni zamanda üzv olduğu siyasi-hərbi təşkilatı bu münaqişəyə cəlb etmək istəyir.

Qeyd edilib ki, Ermənistan hakimiyyəti əhalinin diqqətini ölkədə hökm sürən ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq üçün belə addımlara əl atır.

Diplomat, Ermənistanın mütəmadi şəkildə mülki əhaliyə atəş açdığı bildirib. Həmçinin, diplomat mövcud gərginliyin azaldılması istiqamətində beynəlxalq səylərə toxunub, bir sıra təşkilat və dost ölkələrin, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı və Türk Şurasının, həmçinin Türkiyə, Pakistan, Moldova və Səudiyyə Ərəbistanının açıq mövqe ortaya qoyaraq, Ermənistanın hücumunu və dövlət sərhədində atəşkəs rejimini pozmasını qınadığı vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti