İranda koronavirusdan daha 183 nəfər ölüb

İranda koronavirusdan daha 183 nəfər ölüb
  17 İyul 2020    Oxunub:3016
İranda son 24 saat ərzində 2379 nəfər yeni növ koronavirusa yoluxub, 183 xəstə vəfat edib.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, virusa yoluxanların ümumi sayı 269 440 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı isə 13 791 nəfərdir. İndiyədək 232 873 xəstə sağalıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Prezidenti Həsən Ruhani ölkədə koronavirusun ikinci dalğasının başladığını elan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  



Xəbər lenti