AŞPA həmməruzəçiləri Azərbaycan və Ermənistana çağırış edib

AŞPA həmməruzəçiləri Azərbaycan və Ermənistana çağırış edib
  17 İyul 2020    Oxunub:3678
Ermənistan və Azərbaycan arasında insan təlafatına səbəb olan atəşkəsin pozulması bizi dərindən narahat edir.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının Monitorinq qrupunun Ermənistan üzrə həmməruzəçisi Kimmo Kiljunen(Finlandiya) və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak (Avsriya), Sir Rocer Qalenin (Birləşmiş Krallıq) birgə bəyanatında deyilir.

“Hər iki ölkəyə Avropa Şurasına üzv olanda sülhün təşfiqi ilə bağlı üzərlərinə götürdükləri öhdəliyi xatırladırıq. Buna görə də biz onları eskalasiyadan və kəskin ritorikadan çəkinməyə, təmin nümayiş etdirməyə çağırırıq.

Biz, həmçinin hər iki ölkəni həmsədrlərin 15 iyul bəyanatlarında göstərdikləri qaydada ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT-inMinskQrupu  



Xəbər lenti