“Azərbaycanı yalnız buraxmayacağıq” - Ərdoğandan mühüm mesaj
Ərdoğan bildirib ki, Naxçıvan blokada şəraitindədir. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu 30 ilə yaxındır Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyib və vəziyyətin bu nöqtəyə gələcəyi bəlli idi.
“Ermənistan mülki əhalini atəşə tutur. Azərbaycan öz torpaqlarının, xalqının müdafiəsinə yönəlik addımlar atır və biz qardaş Azərbaycanı yalnız buraxmayacağıq, sonadək dəstək verəcəyik".
Ərdoğan Prezident İlham Əliyevlə təmaslarının davam etdiyini əlavə edib.
Bundan əlavə, Azərbaycan Müdafiə nazirinin müavininin rəhbərlik etdiyi heyətin Türkiyəyə gəldiyini deyən Ərdoğan, onların bu ölkənin Müdafiə naziri və digər rəsmilərlə görüşdüyünü vurğulayıb.
“Mən onlarla telefonda danışdım. Azərbaycanın, azərbaycanlı qardaşlarımzın Qafqaz mücadiləsində olduğu kimi, bu gün də yanındayıq və yanında olmaqda davam edəcəyik”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: PrezidentİlhamƏliyev







Vaxtında, Aydın, Lazımlı!


