Latviyanın XİN rəhbəri Ceyhun Bayramovu təbrik etdi

Latviyanın XİN rəhbəri Ceyhun Bayramovu təbrik etdi
  17 İyul 2020    Oxunub:3176
Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçs Azərbaycanın yeni təyin olunmuş XİN rəhbəri Ceyhun Bayramovu təbrik edib.
Azvision.az xəbər verir ki, nazir bununla bağlı “Twitter”də paylaşım edib.

“Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramovu təbrik edirik. Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrdə irəliləyişi səbrsizliklə gözləyirik.

Bundan əlavə, Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyətin ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar yolu ilə aradan qaldırılacağına ümid edirik", - deyə nazir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Nazir  



Xəbər lenti