Hindistan və Çin razılığa gəldi
Həmçinin, Hindistan-Çin sərhəd məsələsi üzrə Məsləhətləşmə və Əlaqələndirmə İşçi Mexanizminin (WMCC) iclası keçirilib.
Bu görüşlər çərçivəsində tərəflər, ikitərəfli müqavilələrə və protokollara uyğun olaraq sərhəddə sülh və əmin-amanlığın tam bərpası məqsədilə faktiki nəzarət xətti boyunca qoşunların tamamilə çıxarılması və Hindistan-Çin sərhəd ərazisində gərginliyin aradan qaldırılması barədə razılığa gəlinib.
Bu çərçivədə Hindistanın və Çinin Baş komandirləri 14 iyulda Çuşulda dördüncü iclaslarını keçiriblər. Komandirlər, qoşunların çıxarılması prosesinin gedişatını nəzərdən keçirərək, ən qısa zamanda onların tamamilə çıxarılmasını təmin etmək istiqamətində gələcək addımları da müzakirə ediblər.
Hər iki tərəf, qoşunların tamamilə çıxarılması və Hindistan-Çin sərhədində sülh və əmin-amanlığın tam bərpasına sadiqdir. Tərəflər, bu nəticələrin əldə olunması istiqamətində diplomatik və hərbi sahələrdə təması davam etdirəcək.
Hazırda Qərb hissədə aparılan qoşunların çıxarılması prosesi, xüsusilə faktiki nəzarət xətti boyunca qarşıdurma vəziyyəti və qoşunların yaxın yerləşdirilməsinin həll edilməsinə yönəldilib. Bu, yüksək hərbi komandirlər arasında razılaşmaya əsaslanır. Hər iki tərəf faktiki nəzarət xəttinin onlara aid tərəfindəki daimi postlarına doğru geri çəkilmək üçün müəyyən nöqtələr üzrə razılığa gəlib. Bu, qarşılıqlı razılaşdırılmış hər iki tərəfin atacağı addımlardır və davam edən bir prosesdir.
Hindistan rəsmən bəyan edib ki, faktiki nəzarət xəttinə dair mövqeyində heç bir dəyişiklik yoxdur və ölkə faktiki nəzarət xəttinin gözlənilməsində və riayət edilməsində tam qərarlıdır.
Faktiki nəzarət xətti boyunca status-kvonu dəyişdirmək istiqamətində edilən hər hansı birtərəfli cəhdlər qəbuledilməzdir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Hindistan-Çinsərhədi







Vaxtında, Aydın, Lazımlı!


