Girov götürülən ana və 4 uşağı xilas edildi

Girov götürülən ana və 4 uşağı xilas edildi
  17 İyul 2020    Oxunub:3326
Türkiyə kəşfiyyatçıları Suriyanın şimalında Moldova vətəndaşı Natalya Barkal və onun dörd uşağını terrorçulardan xilas edib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Natalya Barkal 2013-cü ildə həyat yoldaşı ilə birlikdə ticarət məqsədilə Suriyaya gedib.

Qadını PKK terrorçuları övladları ilə birgə ələ keçirərək "Əl-Hol" düşərgəsində saxlayıblar.

Moldova hökuməti rəsmi Ankaradan Barkal və uşaqlarını xilas etmək üçün kömək istədikdən sonra MİT dərhal əməliyyata başlayıb və onlar xilas ediliblər.

Moldova Prezidenti İqor Dodon ailə ilə görüşün fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə xüsusi xidmət orqanları İtaliya vətəndaşını terrorçulardan xilas edib.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Terrorçu   Moldova  



Xəbər lenti