Aİ rəsmisi sərhəddəki vəziyyətə görə Moskvaya zəng etdi

Aİ rəsmisi sərhəddəki vəziyyətə görə Moskvaya zəng etdi
  17 İyul 2020    Oxunub:3515
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
Azvision.az Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, telefon danışığı Aİ tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər son hadisələr kontekstində Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər.

Onlar tərəflərin maksimum təmkinli olmalarının, eskalasiyaya səbəb olacaq hərəkətlərdən və kəskin bəyanatlardan çəkinmələrinin, atəşkəs rejiminə əməl edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirilmələrinin vacibliyini vurğulayıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:   Rusiya   Sərhəd   Mosvka  



Xəbər lenti