Türkiyədə koronavirusla bağlı son vəziyyət

 Türkiyədə koronavirusla bağlı son vəziyyət
  18 İyul 2020    Oxunub:4384
Türkiyədə son sutka ərzində 18 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 926 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5458, virusa yoluxanlar isə 217 min 799 nəfərə çatıb.

Türkiyədə indiyədək 199 min 834 xəstə (son sutkada 1014 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti