Almaniyada daha 583 nəfər koronavirusa yoluxub

Almaniyada daha 583 nəfər koronavirusa yoluxub
  18 İyul 2020    Oxunub:2865
Son sutka ərzində Almaniyada daha 583 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu məlumat yayıb.

Ötən gün virusa yoluxmuş 1 nəfər vəfat edib. Pandemiya qurbanlarının ümumi sayı 9083-ə çatıb.

Qeyd edilib ki, Almaniyada virusa yoluxanların sayı 201 372 nəfərdir. İndiyədək 187 200 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  



Xəbər lenti