Mafiyaya qarşı əməliyyat: Məşhur aktrisanın nəvəsi tutuldu

  Mafiyaya qarşı əməliyyat:  Məşhur aktrisanın nəvəsi tutuldu
  18 İyul 2020    Oxunub:4695
Dünya şöhrətli aktrisa Katrin Denevin 32 yaşlı nəvəsi İqor Vadim İtalyan mafiyası ilə əlaqədə olmaqda və saxta pul istehsalında şübhəli bilinərək Fransada həbs edilib.
Azvision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

O, saxta pul istehsalı ilə məşğul olan klan üzvlərinin tutulması məqsədi ilə Avropolun "Neron" əməliyyatı çərçivəsində Avropa ərazisində tutulan 44 nəfər arasındadır.

Fransada üç nəfər həbs edilib. Bundan əlavə, əməliyyat zamanı 9,9 milyon avro dəyərində saxta əskinaslar, 8,3 milyon avro və 10 milyon avro dəyərində müxtəlif qiymətli əşyalar müsadirə edilib.

Vadimın cinayət təşkilatındakı rolu barədə hələlik məlumat açıqlanmayıb. Onun İtaliyaya ekstradisiya edilməsi və məhkəmə qarşısına çıxarılması gözlənilir.

Məlumata görə, İqor Katrin Denevlə çox yaxındır və müxtəlif ictimai tədbirlərdə tez-tez onu müşayiət edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropolun  



Xəbər lenti