Qırğızıstanda 2269 tibb işçisi koronavirusa yoluxub

Qırğızıstanda 2269 tibb işçisi koronavirusa yoluxub
  18 İyul 2020    Oxunub:3700
Qırğızıstanda koronavirusa 1264 yeni yoluxma faktı qeydə alınıb. Onlardan 70-i tibb işçisidir.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 25 047 nəfərə çatıb. Onlardan 2269-ü tibb işçisidir. İndiyədək 858 xəstə həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan   virus  



Xəbər lenti