Ermənistanda COVID-19-dan ölüm sayı 631-ə çatıb

Ermənistanda COVID-19-dan ölüm sayı 631-ə çatıb
  18 İyul 2020    Oxunub:4287
Ermənistanda son sutka ərzində daha 461 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 34 462-yə çatıb.

Son sutkada 11 xəstə ölüb. Pandemiya qurbanlarının sayı 631 nəfərdir.

İndiyədək Ermənistanda 23 123 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 201 nəfərdən çoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  



Xəbər lenti